Bəli, Map2heal qeydiyyatda olan bütün üzvləri üçün 100% ödənişsiz xidmət göstərir. Sizin daha tez və asan yolla sağlamlığınıza qovuşmağınız və bütün suallarınıza cavab tapmağınız üçün köməklik göstəririk. Profilinizi nə qədər yenilənmiş və tam saxlasanız, Map2heal'in üstünlüklərindən də o qədər çox faydalana bilərsiniz.
Map2heal ilə iş birliyi quran sağlamlıq peşəkarları, dünya sağlamlıq turizminin bir hissəsinə çevrilir. Bizim xidmətlər vasitəsilə, onlar özlərini bütün dünyaya 17 dildə tanıdaraq, xəstələrini izləyib, onlarla birbaşa ünsiyyətə keçə bilərlər. Həkimlər Map2heal tərəfindən xarici xəstələr üçün onların öz dilində hazırlanmış və hüquqşünaslar tərəfindən nəzərdən keçirilmiş Razılıq anketlərindən istifadə edə biləcəklər. Bütün bu xidmətlərdən faydalanmaq üçün, səhhətinizin qayğısına qalacaq peşəkarlar abunə haqqı ödəməlidirlər. Bundan başqa, ödənişsiz üzvlük sahibi olan həkim və səhiyyə təşkilatlarının səhifələrindəki reklamlardan da gəlir əldə etmək mümkündür.
Bəli, Map2heal xidmətlərini 17 müxtəlif dildə təqdim edir. Bu sizə, istənilən yerdən axtardığınız həkim və ya səhiyyə təşkilatlarını asanlıqla tapmaq imkanı verir..Hal-hazırda biz İngilis, Alman, Fransız, İtalyan, İspan, Çin, Yapon, Ərəb, Türk, Fars, Danimarka, Portuqal, Rus, Holland, Yunan və İsveç dillərində xidmət göstəririk.
Map2heal ilk dəfə Mərkəzi Şərqdə və Avropada meydana çıxdı. Bizim sistem, təqdim edilən 17 dilin mövcud olduğu bütün dünya ölkələrində istifadə edilə bilər.
Map2heal istifadəçisinin istəklərinə görə qurulan bir sistemdir. Buna görə də, sizi ən yaxşı xidmətlə təmin edə bilməyimiz üçün, sadəcə qeydiyyat formasını ətraflı doldurun. Qeydiyyatdan keçdikdən sonra, həkim və xəstəxanaları öz şəxsi şəbəkənizə əlavə edərək, onlarla online ünsiyyət qurub, ödənişsiz olaraq test nəticələrinizi (Tomoqrafiya, MR, Angiografiya) göndərə bilərsiniz. Bundan başqa, təcili vəziyyətdə, dünyanın istənilən yerindən öz dilinizdə həkiminizlə dərhal əlaqə saxlaya bilərsiniz. Bizim axtarış sistemi vasitəsilə, siz sağlamlıq mövzusunda yazılan gündəlik məqalə, jurnal, broşüra və kitabları tapıb, yükləyə bilərsiniz. Axtarış funksiyamızdan istifadə edərək, sağlamlıq mövzusu ilə əlaqədar bütün suallarınıza cavab tapa bilərsiniz.
Map2heal hər kəsi, səhiyyə təşkilatlarını, həkimləri, sığorta şirkətlərini və xəstələri birləşdirən ünsiyyət şəbəkəsi ilə təmin edir. Bu şəbəkədə, siz seçdiyiniz həkim və ya səhiyyə təşkilatları ilə birbaşa ünsiyyətə keçərək, suallarınıza cavab tapa bilərsiniz. Həkim və ya səhiyyə təşkilatlarının, xəstəliyinizin əlamətləri və şikayətləriniz haqqında nəşr etdikləri məlumatları oxuya bilərsiniz. Bundan əlavə, sistem sizə seçdiyiniz həkimin elmi və ya akademik keçmişini araşdırmaq və nəşr etdikləri məqalələrə nəzər salmaq imkanı verir.
Map2heal'in qabaqcıl axtarış sistemindən istifadə edərək, səhiyyə təşkilatını və ya həkimi ünvanına, adına, danışdığı dillərə, razılaşması olduğu sığorta şirkətlərinə, peşəkarı olduğu sahəyə və s. görə sıralaya bilərsiniz. Axtarış nəticələrini istədiyiniz formada redaktə etdiyiniz kimi, onları Map2heal'dəki aktivlik səviyyəsinə görə də sıralaya bilərsiniz. Bu yolla, siz sistemdə daha aktiv olan həkimi seçərək, suallarınıza daha tez cavab ala bilərsiniz.
Fəaliyyət Dərəcəsi həkimin və ya səhiyyə təşkilatının Map2heal sistemində, suallara cavab vermə sürətinə, test nəticələrinin göndərilməsi tezliyinə, yazdığı bloqların oxunuş sayına, aldığı təşəkkür mesajlarına, profil səhifəsinin ziyarətçi sayına kimi bir çox dəyişkən hesab edilərək hazırlanan alqoritmik nəticəyə görə müəyyən edilən dinamik bir saydır. Sistemdə bu növ aktivliyi göstərməyən həkim və ya səhiyyə təşkilatının fəaliyyət dərəcəsinin dəyəri hər gün azalır. İstərsəniz, həkim və ya səhiyyə təşkilatlarını fəaliyyət dərəcəsinə görə də sıralaya bilərsiniz.
Sağlamlıq sığorta şirkətlərinin müəyyən etdiyi hesablama metodlarından istifadə edən Map2heal, gedəcəyiniz ölkəyə uyğun sağlamlıq sığortalarının qiymətlərini təklif edir. Bu yolla, sizin üçün ən uyğun və sərfəli olan sağlamlıq sığortasını seçə bilərsiniz.
Map2heal'in risk hesablama cihazı hal-hazırdakı xəstəlik vəziyyətinizi və mövcud olduğunuz yeri nəzərə alaraq, həyati riskinizi hesablayır. Bunun sayəsində, təcili vəziyyətdə hansı xəstəxana və ya həkimlə əlaqə qurmaq lazım olduğunu avtomatik hesablayıb, sizə uyğun bir siyahı təqdim edir. Əgər Map2heal'in mobil proqramından istifadə edirsinizsə, bu proqram sayəsində mövcud olduğunuz bölgə, hal-hazırdakı sağlamlıq vəziyyətinizə uyğun olmadığında xəbərdar ediləcəksiniz.
Map2heal heç vaxt xəstələrindən şəxsi məlumatlarını istəməz. Şəxsi məlumatlarınız anonim olaraq hesabınızda saxlanır və siz istəmədiyiniz halda üçüncü şəxs və ya şirkətlərlə paylaşılmır. Map2heal profiliniz nə qədər tam olarsa, sistemin üstünlüklərindən də o qədər çox faydalanmaq imkanınız olar. Profilinizdəki məlumatlar sayəsində, sistemimiz mövcud olduğunuz yerdə və ya səyahətiniz zamanı həyati riskinizi hesablaya, sağlamlığınıza uyğun olmayan bölgədə xəbərdarlıq göndərə, sizi sağlamlıq sığortalarının ən sərfəli qiymətləri və xəstəliyiniz əlamətlərinə görə gündəlik məlumatla təmin edə bilər. Həmçinin sizinlə eyni xəstəliyi olan insanların profilinə nəzər salıb, onların xəstəlik tarixçələrini oxuya bilərsiniz.
Bəli, Map2heal sizin sağlamlıq məlumatınızı şəxsi məlumatınız olmadan da saxlayar və sizin icazəniz olmadan üçüncü şəxs və ya şirkətlə paylaşmaz.
Map2heal həkiminizlə daha sürətli və asan yolla əlaqə qurmağınız üçün hazırlanmışdır. Bizim fayl köçürmə sistemimiz və anlıq mesajlaşma modulundan istifadə edərək, Tomoqrafiya, MR, Angiografiya kimi test nəticələrinizi həkiminizə göndərib, online tibbi məsləhətlər ala bilərsiniz.
Bəli, Map2heal ilk olaraq göndərdiyiniz xəstə məlumatlarını və ya DICOM fayllarını (Kompyuterli Tomoqrafiya, MR, Angiografiya və s.) anonimləşdirir, sonra isə Amerikan standartlı HIPAA HITECH texnologiyası ilə həkiminizə çatdırır. Burada məlumatlar şifrəli göndərildiyindən, yalnız sistemdə qeydiyyatlı olan kompyuter və ya mobil cihazlar tərəfindən açıla bilər. Avropa Birliyinin standartlarına uyğun online tibbi məlumatların göndərilməsi sistemləri olan şifrə alqoritması "End-to-End Security" və TCP protokolu "Three Way Handshake" sistemimizə daxil olmuşdur. Göndərilən bütün DICOM faylları (Kompyuterli Tomoqrafiya, MR, Angiografiya və s.) Amerikan ortaq firmamız MedXT tərəfindən hazırlanan və FDA təsdiqli DICOM Viewer tərəfindən nəzərdən keçirilir.
Dünyanın istənilən yerində olsanız da, göndərdiyiniz bütün mesajlar, sağlamlıq peşəkarlarına dərhal və ödənişsiz çatdırılır. Ancaq Map2heal, mesajlarınıza dərhal cavab veriləcəyinin təminatını verə bilməz. Ünsiyyət qurduğunuz peşəkarlar, uyğun olduqları zaman mesajlarınıza cavab verəcəklər.
Yuxarıda adı çəkilmiş bütün imkanlardan, Android və ya IOS əməliyyat sistemlərinin dəstəklədiyi ödənişsiz Map2heal mobil proqramından istifadə edərək faydalana bilərsiniz. Bu proqram sayəsində, təcili hallarda sizə ən yaxın olan və sizin dilinizdə danışan həkimlə əlaqəyə keçə, təcili yardım maşını və ya polis çağıra, səfirliyinizin təklif etdiyi xidmətlərdən faydalana bilərsiniz. Məsələn, Map2heal mobil proqramı təcili vəziyyətdə mobil telefonunuzdakı GPS vasitəsilə yerinizi müəyyən edib, sizin dilinizdə danışan, sizə ən yaxın olan və təcili xidmət göstərən sağlamlıq peşəkarlarına yönəldir. Beləliklə, həyati təhlükə zamanında, peşəkar xidmət almağınızda dəyərli vaxtınıza qənaət etmiş olur. Bu funksiyanı mobil proqramınızın içindəki əsas və hərtərəfli Təşviş Düyməsinin funksiyalarını nizamlayaraq istifadə edə bilərsiniz.
Map2heal, istifadəçisinə və onun mövcud olduğu əraziyə görə risk dəyərini hesablayır. Bu xüsusiyyət sayəsində, səhhətinizlə əlaqədar təcili vəziyyət yarandığında, əvvəlcədən sizin üçün hazırlanmış həkimlərin siyahısını və təhlükəsizliyiniz üçün xüsusi risk xəritəsini nəzərdən keçirib, sizə ən yaxın və uyğun olan sağlamlıq peşəkarları ilə əlaqə qura bilərsiniz.
Map2heal hesabına daxil olduqdan sonra, səhifənin yuxarısında yerləşən menyu nişanının sağ küncündəki ikona basaraq, hesab parametrlərinə daxil olub, hesabınızı silə və ya dondura bilərsiniz. Siz bu əməliyyatı yerinə yetirərkən Map2heal, geri bildiriş almaq üçün kiçik məmnuniyyət sorğusunu doldurmağınızı istəyəcək.
Map2heal'də qeydiyyatdan keçdikdən və sistemə daxil olduqdan sonra, görüş təyin etmək istədiyiniz həkimi tapıb, onun profil səhifəsindən "görüş təyin et" düyməsinə basaraq, görüş təyin etmək üçün istək anketi göndərə bilərsiniz. Bundan sonra, həkiminiz sizinlə əlaqə yaradaraq, görüş təyin etmək istəyinizi təsdiqləməlidir. İstək anketinizi öz dilinizdə göndərsəniz belə, həkiminiz onu öz dilində oxuya biləcək. Xatırladaq ki, Map2heal'in vəzifəsi yalnız görüş təyin etmək istəyinizi həkiminizə çatdırmaqdır və görüş təyin etmə tələbinizin təsdiqlənməməsi və ya cavabsız qalması halında Map2heal heç bir məsuliyyət daşımır. Görüş təyin etmə istəyinizi göndərərkən, e-poçt ünvanınızı və/və ya telefon nömrənizi yazmağı unutmayın, yoxsa istəyiniz nəzərə alınmayacaq.
Map2heal komandası olaraq, sizin fikirlərinizə, istəklərinizə və şikayətlərinizə həqiqətən də dəyər veririk. Əlaqə linkindəki geri bildiriş anketini dolduraraq, bizimlə asanlıqla fikirlərinizi paylaşa bilərsiniz. Həkim və ya səhiyyə təşkilatının profilindəki qeydlər haqqında şikayət etmək üçün isə "şikayət et" düyməsini basaraq, bizi geri bildirişlə məlumatlandıra bilərsiniz. Map2heal komandası olaraq şikayət etdiyiniz mövzu ilə əlaqədar imkanımız daxilində ən qısa müddətdə işləmlərə başlıyacağıq.